Bakı. Trend:
Türkiyə Respublikasının TED Universitetinin rektoru professor İhsan Sabuncuoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU olub.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Mahirə Hüseynova, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.
Tərəflər bu yaxınlarda Ankarada keçirilən görüşün davamı olaraq ali təhsil müəssisələri arasında tədqiqat və akademik istiqamətlərdə əməkdaşlıq mexanizmlərinin qurulması yollarını müzakirə ediblər.