...

Məktəb Liderliyi Proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2022 13:56 (UTC +04:00)
Məktəb Liderliyi Proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 26-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi ilə birgə pedaqoji kadrlar üçün həyata keçirdiyi Məktəb Liderliyi Proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndirilib.

Bu mərhələdən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət alacaq.

İkinci mərhələ üzrə cavablar 15 iş günü ərzində namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, Məktəb Liderliyi Proqramı müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir. Təlimlərin Bakı, Sumqayıt, Abşeron əraziləri üzrə əyani, digər bölgələr üzrə isə, əsasən, onlayn olmaqla hibrid formada təşkil edilməsi planlaşdırılır.

Təlimlər həftədə 9 saat (həftədə 3 gün, hər gün 3 saat) olmaqla 16 həftə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti