...

Yeni dünyaya gələn şəhid övladının adına 5 min manatlıq depozit hesabı yaradılır (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2022 17:33 (UTC +04:00)
Yeni dünyaya gələn şəhid övladının adına 5 min manatlıq depozit hesabı yaradılır (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan Trend-ə verilən məlumata görə, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Şair Həsənovun Qusar rayonunda doğulan övladı Yeganənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti