...

Sistem xəstəlikləri zamanı implant etdirmək olar? - İmplantoloq ağız cərrahı Dr.Emil İmanov

Cəmiyyət Materials 5 Dekabr 2022 11:46 (UTC +04:00)

Bakı. Trend:

Diş implantı müalicəsinin hansı şərtlərdə kimə tətbiq oluna biləcəyi çox maraq doğuran bir məsələdir. İmplant diş müalicəsi uzun ömürlü və rahat istifadə təmin etdiyi üçün həm həkimlər, həm də xəstələr tərəfindən tez-tez üstünlük verilən müalicə üsuludur. Təbii ki, öz dişlərinə ən yaxın görünüş və istifadə də buna çox təsir edir.

Bəs bu müalicə üsulu hər zaman hər kəsə uyğundurmu? Hansı hallarda implant əməliyyatı tövsiyə edilmir, gəlin baxaq.

Ürək qan-damar dövranı pozğunluğu olan, stend qoyulmuş, şundlama əməliyyatı keçirmiş pasientlər və şəkərli diabet xəstələrinə stomatoloji müdaxilələr artıq rahatlıqla həyata keçirilə bilir. Sözsüz ki, bu, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Çox ağır dərəcədə olan pasientlərdə də müəyyən müdaxilələr həyata keçirilə bilir, lakin burda əsas nüans odur ki, həmin pasientin öz müalicə həkimi ilə birlikdə bu reallaşmalıdır. Müalicə həkimlərinin tövsiyələri və müdaxilənin həcmindən asılı olaraq vəziyyət dəyişir. Bütün növ diş müdaxilələri və müalicələr, kiçik əməliyyatlar asanlıqla həyata keçirilir. Çünki artıq bizim istifadə etdiyimiz anestetiklərin tərkibində adrenalinin və digər maddələrin miqdarı aşağı miqdarda olduğu üçün müdaxilə zamanı proseduru problem yaşamadan həyata keçirə bilirik.

Müasir stomatologiya bütün xəstələrə stomatoloji müdaxilə etməyə icazə verir. Lakin şəkərli diabet xəstələri, ürək qan-damar dövranı xəstələrində prosedur zamanı diqqət etməli olduğumuz məqamlar var. Bunlardan biri təzyiqin daim nəzarətdə saxlanılmasıdır. Çünki psixosummatik reaksiyadan, yəni gərginlikdən və qorxudan təzyiq qalxmaları çox olur və biz bunu nəzarətdə saxlamalıyıq.

Buna görə də sakitləşdiricilər 1 gün öncə və ya həmin gün verilir və təzyiqin stabil saxlanılmasına önəm verilir. Mütləq şəkildə istifadə edilən ağrıkəsicilərin tərkibinə diqqət edilməlidir. Təzyiqi yuxarı olan xəstələr üçün ağrıkəsicilərdən tərkibində epinefrin az olanlarına üstünlük verilməlidir. Bu tip xəstələrdə biz kiçik və orta cərrahi müdaxilələri rahatlıqla həyata keçiririk. Ehtiyac olduğu hallarda isə sözsüz ki, kardioloqun, müalicə həkiminin tövsiyəsi ilə böyük cərrahi əməliyyatları da icra edirik.

Hər qrup pasientin özünəməxsus yanaşması olur. Şəkər xəstələri isə demək olar ki, bu xəstələrin içində ən rahat olan qrupdur. Bunun səbəbi odur ki, bu qrup pasientlər qida və rejimə daha diqqətli yanaşır, şəkərin miqdarını kontrolda saxlayır və orqanizminə gündəlik nəzarət edir.

Şəkər artıq dünyada xəstəlik siyahısından çıxarılıb və bir həyat tərzi olaraq görülür. Orqanizmini nəzarətdə saxlamağı bacaran şəkər xəstələrinin digər fizioloji olaraq tam sağlam olan insanlardan fərqi, demək olar, çox azdır.

Digər xəstəliklərdə də kiçik və orta cərrahi müdaxilələr asanlıqla həyata keçirilir. Problemi ağır olan xəstələrə isə öz müalicə həkimlərinin izni və tövsiyəsi olmadan böyük cərrahi müdaxilələr etmək qətiyyən olmaz.

Pro İmplant Estetik Stomatoloji Klinika

Bakı şəh., Nərimanov ray., Əliəşrəf Əlizadə küç 45.

Sumqayıt şəh., 1-ci mkr., Səməd Vurğun küç.,145A

+994 (51) 800 03 03

+994 (10) 334 03 03

http://proimplant.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti