...

Azərbaycanda Ümumdünya İnsan hüquqları bəyannaməsinin bir illik kampaniyasına başlanılır

Cəmiyyət Materials 9 Dekabr 2022 11:10 (UTC +04:00)
Azərbaycanda Ümumdünya İnsan hüquqları bəyannaməsinin bir illik kampaniyasına başlanılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Ümumdünya İnsan hüquqları bəyannaməsinin bir illik kampaniyasına başlanılır.

Trend-in məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Guido Ambrosso bu gün Ümumdünya insan hüquqları bəyannaməsinin 75-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu bəyannamə tarixdə ən çox tərcümə edilən sənəddir.

"İlkin olaraq bu bəyannamə hər kəsə səlahiyyətlər verir. Daha bərabər və inklüziv dünyaya addımlamaqda bizi ilhamlandırır.

Ümumdünya İnsan hüquqları bəyannaməsi eyni zamanda iqtisadi, mədəni hüquqların bərqərar olunmasına imkan yaradır. Bu hüquqlar diqqətdən kənar qalan insanlar üçün həyata keçirilməlidir. Məhz bu bəyannamə nəticəsində milyonlar insanın ləyaqəti qorunub saxlanılıb və daha ədalətli dünyanın bünövrəsi qoyulub", - G.Abrosso deyib..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti