Bakı. Trend:
Dumana görə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edən Moskva-Gəncə təyyarəsi Gəncəyə yola düşüb.
“Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava şəraitinin yaxşlışaması ilə əlaqədar olaraq, yerli vaxt ilə saat 12:42-də Bakı hava limanından Gəncəyə yola düşüb.
xxx
12:10
Moskva-Gəncə təyyarəsi hava limanına məcburi eniş edib.
Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, "Utair" aviaşirkətinin Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Boeing 737 təyyarəsi yerli vaxt ilə saat 10:42-də Bakı hava limanına eniş edib.