...

İstirahət günləri “Şahdağ Turizm Mərkəzi” 8 min turist qəbul edir

Cəmiyyət Materials 18 Dekabr 2022 15:26 (UTC +04:00)
İstirahət günləri “Şahdağ Turizm Mərkəzi” 8 min turist qəbul edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Qusar. Trend:

Şahdağ İstirahət Mərkəzindəki hotellərdə ümumi olaraq 1200 nəfər yerləşə bilər. İstirahət günlərində mərkəz 8 min turist qəbul edir.

Trend xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov bu gün Azərbaycanda qış turizminin potensialı və "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığına həsr olunan təqdimat mərasimində məlumat verib.

Onun sözlərinə görə, adi günlərdə belə istirahət mərkəzini çoxlu turist ziyarət edir.

“Yerli və xarici turistlərin qış turizminə böyük marağı var. Bunun üçün Şahdağ Turizm İstirahət mərkəzində hər cür şərait yaradılıb”, - deyə sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti