Bakı. Trend:
Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişiklik haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. “Burada yeni müavinətlər təsis olunur. Çalışdıqları ölkənin soisal iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq fərqləndirici əmsallar veriləcək. Sosial sığorta haqlarından da bu yeni müavinətlər, əmsallar azad olunacaq”, - deyə o qeyd edib.
Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.