...

Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları konteynerlərin də yerini dəyişirlər (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2022 13:19 (UTC +04:00)
Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları konteynerlərin də yerini dəyişirlər (FOTO)

Şuşa. Trend:

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik davam edir.

Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları konteynerləri sökür. Bi qədər əvvəl onlar buradakı çadırlarını da sökmüşdülər.

Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.

Xəbər lenti

Xəbər lenti