Bakı. Trend:
Orta məktəbdə vəziyyətin nə yerdə olduğu bəllidir. Nəvələrimin çantasını götürə bilmirəm. O ağırlıqda çantanı götürən uşaqlar ya ağırlıqqaldıran, ya da qozbel olacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O qeyd edib ki, müəllimlərin üstünə çox düşmüşük. “Bu maaşla ərköyün uşaqlara dərs deyən müəllimlər Milli Qəhrəmandır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır", - deyə o əlavə edib.