...

Sülhməramlılara məxsus minik avtomobilinin Laçın yolundan maneəsiz keçidinə şərait yaradılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Dekabr 2022 09:45 (UTC +04:00)
Sülhməramlılara məxsus minik avtomobilinin  Laçın yolundan maneəsiz keçidinə şərait yaradılıb (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on yeddinci günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib.

Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirdilər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti