...

Azərbaycanda 75 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Cəmiyyət Materials 18 Yanvar 2023 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, 10 060 nəfər vəfat edib, aktiv xəstə sayı 464 nəfərdir.

Ölkədə son sutka ərzində 2 851, hazırkı dövrədək isə 7 464 270 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti