...

Azərbaycanda 46 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Cəmiyyət Materials 19 Yanvar 2023 16:31 (UTC +04:00)
Azərbaycanda 46 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Bakı. Trend:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, 10 064 nəfər vəfat edib, aktiv xəstə sayı 427 nəfərdir.

Ölkədə son sutka ərzində 2 114, hazırkı dövrədək isə 7 466 384 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti