...

Mərkəzi Gömrük Hospitalında qripə qarşı Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır

Cəmiyyət Materials 23 Yanvar 2023 09:42 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında qripə qarşı Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında mövzümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip tetra 0,5 ml N 1 peyvəndi ilə vaksinasiya aparılır. Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 50 AZN təşkil edir.

Son yüzillikdə bir çox xəstəliklərin zərərini vaksinlər vasitəsilə azaltmaq mümkün olmuşdur. Peyvəndlərin vaxtında və düzgün aparılması xəstəliklərin profilaktikasında önəmli yer tutur. Vaxtında vurulmuş peyvəndlər Sizi və övladlarınızı ən ciddi xəstəliklərdən, eləcə də həmin xəstəliklərin fəsadlarından qorumuş olur. Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində həm azyaşlılara, həm də böyüklərə bu peyvəndi tətbiq etmək olar. Özünüzü və uşaqlarınızı xəstəliklərdən qorumağa tələsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti