...

Xaricdə tibbi təhsil alanların işlə təminatı üçün xüsusi proqramın icrasına başlanıb

Cəmiyyət Materials 25 Yanvar 2023 12:37 (UTC +04:00)

Cəlilabad. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xaricdə tibbi təhsil alan tələbələrin Azərbaycanda işlə təminatı ilə bağlı xüsusi proqramın icrasına başlayıb.

Trend-in məlumatına görə, bunu bu gün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediatur zamanı Agentliyin planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib. O bildirib ki, agentlik “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqramın icrasını davam etdirir:"Bununla bağlı agentlikdə xüsusi komissiya yaradılıb. Həmin komissiya xaricdə təhsil alan uzmanların qəbuluna başlayıb. Artıq bu günə qədər komissiya 52 nəfər uzman həkimi qəbul edib və xəstəxanalarda işlə təmin edib. Agentlik həmin uzmanların ilk olaraq sosial problemlərinin həlli üçün maddi təminatını yaxşılaşdırmaqla çalışır. Bu məqsədlə həmin uzmanlara konkret maaş da təyin edilib. Həmin şəxslərdən tepərapevtik sahə üzrə olan uzmanlara 5 min manat, cərrahi sahə üzrə olanlara isə 6 min manat maaş təyin edilib. Qəbul edilən uzmanlar təkcə Bakı şəhəri üzrə deyil, bölgələrə də təyin edilib. Uzmanların özlərinin istəyi ilə onlar bölgə xəstəxanalarına göndərilib".

Xəbər lenti

Xəbər lenti