...

Ölkəmizin də təmsil olunduğu Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb

Cəmiyyət Materials 26 Yanvar 2023 22:39 (UTC +04:00)
Ölkəmizin də təmsil olunduğu Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb

Bakı. Trend:

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə bildirilib ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti