...

Baş Prokurorluq ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizəni gücləndirib - Kamran Əliyev

Cəmiyyət Materials 27 Yanvar 2023 10:36 (UTC +04:00)
Baş Prokurorluq ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizəni gücləndirib - Kamran Əliyev

Bakı. Trend:

Baş Prokurorluq tərəfindən ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizə gücləndirilib.

Trend-in məlumatına görə, bu barədəBaş Prokurorluqda keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanmış, 22 vəzifəli şəxs barəsində təqdimat verilib.
Həmçinin, ekoloji hüquqpozlara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486 min 621 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti