...

Üsyançıları tutur, işgəncə verir, xalqı “öldürmək” istəyirlər - Bu kadrlar kinodan deyil, realdır (VİDEO)

Cəmiyyət Materials 3 Fevral 2023 13:56 (UTC +04:00)
Üsyançıları tutur, işgəncə verir, xalqı “öldürmək” istəyirlər - Bu kadrlar kinodan deyil, realdır (VİDEO)

Bakı. Trend:

Azərbaycan Televiziyasının əməkdaşları Fransa müstəmləkəsindən azad olmaq uğrunda mübarizə aparan Korsika adasından sənədli film hazırlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Korsika: etiraz adası” adlanan filmin çəkilişləri zamanı TV əməkdaşları üsyanların ən qaynar nöqtələrində olublar, hadisələrin gedişatını lentə alıblar.

Bundan əlavə, azadlıq mübarizəsinin fəallarından müsahibələr alınıb. Onlar Fransaya qarşı qəzəblərinin kökündə əslində nələrin dayandığını dilə gətiriblər. Fransa müstəmləkəsinə qarşı çıxanların həbsi, işgəncəyə məruz qalması, susdurulması üçün məhbus həyatına düçar edilməsi əhalini bir az da hiddətləndirib.

“Korsika: etiraz adası” sənədli filmi fevralın 3-ü saat 22:10-da AzTV-də yayımlanacaq.

Film, həmçinin AzTV-nin rəsmi yutub kanalında və feysbuk səhifəsində də paylaşılacaq.

Filmin anonsu:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti