...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə çatdı

Cəmiyyət Materials 6 Fevral 2023 19:34 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə çatdı

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralananların sayı isə 9 733-ə yüksəlib.

Trend Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 3471 bina dağılıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti