Bakı. Trend:
“Space” televiziyasının rəhbəri vəzifəsindən azad olunub.
Trend-in məlumatına görə, Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən azad edilib.
Bu vəzifəyə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin təyin olunub.
Qeyd edək ki, "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. 20 may 2021-ci il tarixindən etibarən telekanal rəhbəri vəzifəsinə Müşfiq Hətəmov təyin olunmuşdu.