...

Türkiyəyə növbəti yardımın göndərilməsi üçün hazırlıqlar gedir - Azərbaycan XİN

Cəmiyyət Materials 8 Fevral 2023 00:01 (UTC +04:00)
Türkiyəyə növbəti yardımın göndərilməsi üçün hazırlıqlar gedir - Azərbaycan XİN

Bakı. Trend:

Türkiyəyə növbəti yardımın göndərilməsi üçün hazırlıqlar gedir.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yazıb.

"Növbəti yardım üçün hazırlıqlar gedir. Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərərçəkənlər üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470-dən çox xilasetmə və tibb qrupu göndərilib", - deyə A.Hacızadə bildirib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 434 nəfər həlak olub, 31 777 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti