...

Əlilliyi olan şəxslər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Cəmiyyət Materials 10 Fevral 2023 14:19 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 33 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yollayışla təmin olunanlar arasında 18 yaşınadək əlilliyi olan şəxslər də var. Onlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il ərzində 3200 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 550-si şəhid ailələrinin üzvləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti