...

Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2023 12:02 (UTC +04:00)

Bakı. Trend:

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən, Beyləqan və Zərdab rayonları da qoşulub.

Trend-in məlumatına görə, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Beyləqan, Balakən və Zərdab rayonlarından göndərilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, fənər, yorğan-döşək, xalça, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti