...

Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakıda eniş edib

Cəmiyyət Materials 12 Fevral 2023 10:56 (UTC +04:00)
Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakıda eniş edib

Bakı. Trend:

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti