Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalın rəis müavini, Baş həkim vəzifəsini müvəqqəti icra edən, t.e.d., yüksəkixtisaslı ümumi cərrah Dr.Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.
Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir. Belə ki, 1982-ci ildən diaqnostik laparoskopik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələri icra etməyə başlamışdır. Keçmiş SSRİ məkanında qaraciyərin funksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən olaraq ilk dəfə 1984-cü ildən başlayaraq ölkəmizdə bu əməliyyatları icra etmişdir.
Dr.Bəxtiyar Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir.
Qeyd edək ki, Dr.Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə inetnatura təhsilini almışdır. 2012-ci və 2017-ci illərdə ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçmişdir. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.
Bəxtiyar həkim 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.
Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini, 2022-ci ilin dekabr ayından isə Gömrük Hospitalının Baş həkim vəzifəsini müvəqqətti icra edir.
Dr.Bəxtiyar Musayev daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. B. Musayev öz işlədiyi dövrdə ölkəmizdə və xaricdə keçirilən onlarla konfrans, simpozium və konqreslərdə iştirak edir. O, 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində “Ərəb-Sağlamlıq-2019” tibb sərgisində, eyni ildə Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunda xəstəxana işinin təşkili, infeksion nəzarət sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində təkmilləşdirmə kursunda, Türkiyənin Antalya şəhərində “Dezinfeksiya, Antiseptika və sterilizasiya” üzrə praktiki kursda iştirak edib. Bəxtiyar həkim 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.
Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir (1982-ci ildən diaqnostik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələr). Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən biridir (1984-cü ildən). 1990-cı ildə tibb elmləri namizədi, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir (1982-ci ildən diaqnostik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələr). Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən biridir (1984-cü ildən). 1990-cı ildə tibb elmləri namizədi, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.