...

Çin Cənubi Koreya vətəndaşlarına qısamüddətli vizaların verilməsini bərpa edəcək

Cəmiyyət Materials 15 Fevral 2023 07:32 (UTC +04:00)

Bakı. Trend:

Çinin diplomatik nümayəndəlikləri fevralın 18-dən Koreya Respublikası vətəndaşlarına qısamüddətli vizaların verilməsini bərpa edəcək.

Trend-in məlumatına görə, bu barədə Çinin Cənubi Koreyadakı səfirliyi bildirib.

Məlumata əsasən, söhbət turist, işgüzar və tranzit vizalarından, eləcə də şəxsi məqsədlərlə ölkəyə səfər etmək üçün giriş sənədlərindən gedir.

Ötən həftə Koreya Respublikası hökuməti Çində epidemik vəziyyətin yaxşılaşması fonunda Çindən gələn qonaqlara qısamüddətli vizaların verilməsini bərpa etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti