...

Bakıda Batut gimnastikası üzrə dünya kubokunun final gününə start verilib (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2023 12:45 (UTC +04:00)
Bakıda Batut gimnastikası üzrə dünya kubokunun final gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışlarının final gününə start verilib.

Trend xəbər verir ki, yarışın proqramına əsasən, əvvəlcə kişilər arasında fərdi proqramda yarımfinal keçiriləcək və finalçılar müəyyənləşəcək.

Finalçıların çıxışları saat 14:20-də başlayacaq.

Qadınlar arasında fərdi proqramın finalında ölkəmizi gimnast Selcan Maxsudova təmsil edəcək.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.

Yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək. Bundan əlavə, ən yüksək xal toplayan iştirakçılar AGF Trophy ilə təltif olunacaqlar.

Yarışlarda Azərbaycanı ötən il ölkəmizdə keçirilən dünya çempionatının gümüş mükafatçısı Selcan Maxsudova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti