...

Sumqayıtın müxtəlif yerlərində Türkiyəyə yardım məntəqələri yaradılıb

Cəmiyyət Materials 20 Fevral 2023 15:00 (UTC +04:00)
Sumqayıtın müxtəlif yerlərində Türkiyəyə yardım məntəqələri yaradılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Trend-in məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan 22 ədəd modul tipli evlərin Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Ötən həftə bu modul evlərdən 8 ədədi və 405 min AZN dəyərində olan yardım göndərilmişdir.

Bu gün isə növbəti 7 ədəd modul ev, 6 kabinəli sanitar qovşaq və 316 min AZN dəyərində olan humanitar yardım yola salınır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qarşıdakı günlərdə də növbəti 6 ədəd modul tipli konteyner ev və humanitar yardım yola salınacaq. O da vurğulanıb ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti