Bakı. Trend:
6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.
Konfransda “İnfeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” və “Qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” başlıqlı 2 paneldə müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən ümumilikdə 8 məruzə təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans 14:00-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans ümumi cərrah, terapevt, qastroenteroloq, toksikoloq, infeksionist və laborant ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
- Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
- Konfransda iştirak ödənişsizdir!
- Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
- Proqramla tanış olmaq üçün link: https://customshospital.az/06-mart-infeksion-ve-qeyri-infeksion-hepatitlerin-mualice-ve-diaqnostikasina-muasir-yanasma/#gsc.tab=0
- Qeydiyyat linki: https://forms.gle/GyQh3hmk594yu9cEA