...

Azərbaycanlı tələbə ABŞ-də keçirilən olimpiadadan qızıl medalla qayıtdı (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2023 15:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı tələbə Qəndab Məmmədova ölkəyə ABŞ-də keçirilən Kopernik olimpiadasından qızıl medalla qayıdıb. Həmyerlimiz əvvəllər bir neçə olimpiadada iştirak edib, qızıl və gümüş medallar qazanıb.

Qəndab Məmmədovanın akademik uğurlarını sizinlə bölüşürük:

1. ABŞ-də keçirilmiş Kopernik olimpiadasından 1 qızıl medal

2. “Şuşa ili”-nə həsr olunmuş respublika olimpiadasından 1 qızıl medal

3. Respublika fənn olimpiadasından 2 gümüş medal

4. Beynəlxalq SAT imtahanından 1450 bal

Qəndab Məmmədova ölkənin tanınmış təhsil ocağı olan “STAR Colleges”-də təhsil alır. Qeyd etmək istərdik ki, Qəndab, “STAR Colleges”-də cəmi 3 ay hazırlaşaraq SAT imtahanından 1450 bal toplamışdır.

Qəndabı uğurları münasibətilə təbrik edir və uğurlarının davamını arzulayırıq!

Xəbər lenti

Xəbər lenti