...

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 22 Fevral 2023 09:59 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti