...

ADPU-nun Quba filialında Şahdağ Milli Parkının əməkdaşları ilə görüş keçirilib

Cəmiyyət Materials 22 Fevral 2023 20:38 (UTC +04:00)
ADPU-nun Quba filialında Şahdağ Milli Parkının əməkdaşları ilə görüş keçirilib

Bakı. Trend:

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru f.e.d. Yusif Alıyev, Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, elmi işçi Şahbala Salmanov və filial əməkdaşları iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan filialın Təbiət elmləri kafedrasının müdiri v.m.i.e. dosent Güləddin Həmzəyev Yer kürəsində və dünyada canlı aləmin yaranmasında suyun əvəzsiz rolunu geniş şəkildə izah etdi. Daha sonra çıxış edən Milli Parkın elmi işçisi Ş.Salmanov Böyük Qafqazın şimal-şərq yamacının coğrafi quruluşu və burada yerləşən göllər haqqında danışdı, Şahdağ Milli parkının yaranması, fəaliyyət sahələri və ekoloji durum haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Tədbirin sonunda çıxış edən filialın direktoru f.e.d. Y.Alıyev tədbir iştirakçılarını su çərşənbəsi münasibəti ilə təbrik edərək, görüşün əhəmiyyətindən danışdı. Direktor bildirdi ki, Şahdağ Milli Parkı və filial arasındakı əməkdaşlığın təməllərinin atıldığı bu görüşün gələcəkdə daha da genişləndirilməsi üçün səylərimizi daha da artırmalıyıq. Bioloji müxtəlifliyin qorunmasına nəzarət və nəsli kəsilməkdə olan canlıların qeydiyyata alındığı Qırmızı Kitabın zamanla səhifələrinin daha da azalmasını arzu edən Y.Alıyev qeyd etdi ki, bu işdə qonaqlarımızın da əməyi danılmazdır.

Sonda Milli Parkın müdir müavini Rəvayət Nəzərov tərəfindən filiala Qırmızı kitab hədiyyə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti