...

İriqabaritli avtomobillərin hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir

Cəmiyyət Materials 24 Fevral 2023 15:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iriqabaritli və ağırçəkili yükün daşınmasında istifadə edilən bəzi avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin istehsalçısının müəyyən etdiyi texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyilsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi alternativ marşrut üzrə hərəkətə daşıyıcı razılaşmazsa, daşıyıcıya icazənin verilməsindən imtina edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti