...

Türkiyədə zəlzələdə zərər çəkmiş 5 nəfərin reabilitasiyası aparılır - Agentlik

Cəmiyyət Materials 25 Fevral 2023 09:10 (UTC +04:00)
Türkiyədə zəlzələdə zərər çəkmiş 5 nəfərin reabilitasiyası aparılır - Agentlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə olunduqdan sonra Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edilirlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Sosial Xidmətlər Agentliyindən bildirilib.

Birinci mərhələdə ölkəmizə təxliyə edilən 6 ailəyə (ümumilikdə 22 nəfərə) Agentliyin müvafiq sosial xidmət müəssisəsində reabilitasiya xidməti göstərilib.

Hazırda isə müəssisədə daha bir ailə (üç nəfəri uşaq olmaqla ümumilikdə 5 nəfər) ilə bağlı reabilitasiya işləri davam etdirilir.

Müəssisəyə müvəqqəti yerləşdirilmiş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlanır və onların sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti