...

DGK Tibbi Xidmət İdarəsinin rəis müavini beynəlxalq tədbirdə iştirak edir

Cəmiyyət Materials 27 Fevral 2023 17:31 (UTC +04:00)
DGK Tibbi Xidmət İdarəsinin rəis müavini beynəlxalq tədbirdə iştirak edir

Bakı. Trend:

Dr. İsmayıl Əfəndiyev BMT-nin “Kimyəvi maddələrin və tullantıların düzgün idarə edilməsinə strateji yanaşma” üzrə beynəlxalq tədbirində Azərbaycan Respublikasını təmsil edir

24 fevral - 3 mart 2023-cü il tarixlərində Keniyanın paytaxtı Nayrobi şəhərində Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə keçirilən “Kimyəvi maddələrin və tullantıların düzgün idarə edilməsinə strateji yanaşma” üzrə beynəlxalq tədbir keçirilir. Azərbaycan Respublikasını bu tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təmsil edir.

BMT-nin "Kimyəvi maddələrin beynəlxalq səviyyədə idarə edilməsinə strateji yanaşma" Təşkilatı (SAICM), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və bir sıra digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən təşkil olunan bu qlobal tədbirdə 170-dan çox ölkənin hökumət, qeyri-hökumət təşkilatlarının, həmçinin beynəlxalq qurumların nümayəndələri və ekspertləri iştirak edir.

Tədbirdə yeni narkotik vasitələrin, psixoaktiv maddələrin və saxta dərmanların yayılması və dövriyyəsi ilə mübarizə; kəskin, xroniki və peşə zəhərlənmələrinin profilaktikası; kanserogen, biokumulyativ və zərərli kimyəvi maddələrin istehsalı və istifadəsinin qadağan edilməsi; təhlükəli pestisidlərin əvəzlənməsi; toksik tullantıların aradan qaldırılması; həssas qrupların təhlükəli kimyəvi maddələrin təsirindən qorunması və digər aktual mövzularda müzakirələr aparılır.

Tədbirin qətnaməsi 2023-cü ilin oktyabr ayında Almaniyanın Bonn şəhərində keçiriləcək “Kimyəvi maddələrin idarə edilməsi” üzrə BMT-nin 5-ci Beynəlxalq Nazirlər Konfransına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti