...

Laçın-Xankəndi yolundakı aksiya 120 gündür davam edir (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2023 08:39 (UTC +04:00)
Laçın-Xankəndi yolundakı aksiya 120 gündür davam edir (FOTO)

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 120 gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları etirazlarını davam etdirirlər. İctimai fəallar günə Azərbaycan dövlət himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılması üçün azərbaycanlı mütəxəssislərə lazımi şəraitin yaradılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti