...

Son üç ayda 77,7 min şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

Cəmiyyət Materials 12 Aprel 2023 10:17 (UTC +04:00)
Son üç ayda 77,7 min şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 12820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Yanvar-mart aylarında 2190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti