...

Hamiləlik dövründə qəbul edilən bəzi dərmanlar körpələrdə anemik problemlərə səbəb olur

Cəmiyyət Materials 12 Aprel 2023 16:23 (UTC +04:00)

Bakı. Trend:

Uşaqlar 6 ayından sonrakı dövrdə də ana südü ilə qidalanırsa və ya verilən əlavə qidaların içərisində dəmirin miqdarı azdırsa, onlarda dəmir defisiti anemiyalar yarana bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Pediatrın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5 yaşına qədər olan uşaqların 45 faizində dəmir defisiti ilə əlaqədar anemiyalara rast gəlindiyini qeyd edib.

"Dəri və selikli qişaların hamarlaşması qanazlığının əsas əlamətidir. Hamiləlik dövründə keçirilən müəyyən xəstəliklər, qəbul edilən dərmanlar uşaqlarda anomik problemlərə səbəb olur. Qanın ümumi analizi hemoqlobin və eritrositlərin miqdarına uyğun olaraq qanazlığını müəyyən edir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti