...

Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb

Cəmiyyət Materials 19 Aprel 2023 20:03 (UTC +04:00)
Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 600-dən artıq müraciətə baxılıb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti