...

Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlanıb (ÖZƏL)

Cəmiyyət Materials 28 Aprel 2023 09:21 (UTC +04:00)
Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlanıb (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır.

Bu barədə bu gün Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin investor tərəfindən tikinti işlərinə başlanılıb.

Şuşa Real Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır, tarixi binanın qorunması üçün işlərə başlanılıb

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır.

Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulan Füzuli Peşə Liseyinin tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır.

Laçın şəhər 2 nömrəli tam orta məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb.

Ağdam şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılmış və tikintinin başa çatması cari ilin sentyabr ayının 15-nə nəzərdə tutulub. Şuşa şəhər 1 nömrəli 960 yerlik tam orta məktəbinin tikintisinə 2021-ci ilin may ayının 12-də başlanılıb. Tikintinin başa çatması cari ilin sentyabr ayının 15-ə nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi.

Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti