...

İsrail ilə təhsil əməkdaşlığı Azərbaycana nə vəd edir?

Cəmiyyət Materials 23 May 2023 12:33 (UTC +04:00)
İsrail ilə təhsil əməkdaşlığı Azərbaycana nə vəd edir?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə İsrail xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq Proqramı” imzalanıb.

Bəs İsrail və Azərbaycan arasında təhsil əməkdaşlığı Azərbaycan təhsilinə nə vəd edir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan-İsrail təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır. Azərbaycan hələ müstəqilliyinin ilk zamanından İsrail ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb.

"Azərbaycan Respublikası ilə İsrail Respublikası arasında təhsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib.Son illərdə görülən işlərin nəticəsində İsrail tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət hazdır. Hazırda İsraildə çoxsayda azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə İsrail universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir", - deyə K.Əsədov qeyd edib.

Ekspert həmçinin bildirib ki, İsrail universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir.

"Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var", - deyə K.Əsədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti