...

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 25 May 2023 16:47 (UTC +04:00)
Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 85 nəfərdir.

Ölkədə son sutka ərzində 1 148, hazırkı dövrədək isə 7 616 076 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti