...

Göygöldə sel daşqınları nəticəsində yollarda hərəkət mümkünsüz olub

Cəmiyyət Materials 25 May 2023 23:53 (UTC +04:00)
Göygöldə sel daşqınları nəticəsində yollarda hərəkət mümkünsüz olub

Bakı. Trend:

İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirilib, nəqliyyatın hərəkəti bərpası edilib.

İlkin məlumata görə hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti