...

Naxçıvana gedənlərə şad xəbər: güzəştli məhsullar ala biləcəklər

Cəmiyyət Materials 5 İyun 2023 15:34 (UTC +04:00)
Naxçıvana gedənlərə şad xəbər: güzəştli məhsullar ala biləcəklər

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcəkdir.

Trend-in məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafina dair 2023–2027-ci Illər üçün Dövlət Proqramında əksini tapıb.

Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır.

Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması məqsədəuyğundur.

Eyni zamanda, əlavə olaraq yalnız hava yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərin geri qayıdarkən həmin Ticarət Mərkəzindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) mal alıb gətirə bilmələri üçün hədlərin və şərtlərin müəyyən edilməsi təklif olunur. Ticarət Mərkəzinin yaradılması Bakıdan və Azərbaycanın digər bölgələrindən insanların alış-veriş üçün Naxçıvan Muxtar Respublikasına hava yolu ilə səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaqdır. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmalarının təşkil edilməsi də ticarət məqsədilə Naxçıvan Muxtar Respublikasına gələnlərin sayının artmasına əhəmiyyətli dəstək verəcəkdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti