...

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 İyun 2023 15:15 (UTC +04:00)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 14-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra tədbiri açıq elan edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qurtuluş Gününün dövlətlilik tariximiz baxımından önəmi ilə bağlı geniş məruzə ilə çıxış edib, 1993-cü ilin 15 iyun tarixinin Azərbaycan tarixində yeni, mütərəqqi bir dönəmin əsasını qoyduğunu vurğulayıb:

“1993-cü ilin 15 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı birmənalı şəkildə Azərbaycanın dövlətçiliyinin, onun müstəqilliyinin xilası kimi qiymətləndirilməlidir. Çünki həmin tarixə qədər respublikamızın vəziyyətinin hərtərəfli mürəkkəbliyi, müstəqilliyimiz və təhlükəsizliyimizlə bağlı açıq təhdidlərin mövcudluğu göz önündə idi. Bir tərəfdən genişlənməkdə olan erməni işğalı, sayı yüz minlərlə ölçülən məcburi köçkün problemi, digər tərəfdən ölkə daxilində çoxsaylı qanunsuz silahlı dəstələrin mövcudluğu, siyasi hakimiyyət uğrunda müxtəlif qruplar arasında aparılan mübarizə Azərbaycanın gələcəyi ilə bağlı vəziyyəti ümidsiz edirdi. Məhz belə bir mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda xalqımızın və dövlətimizin həyatında ciddi dönüşə nail oldu. Ulu öndərin səyi nəticəsində daxildəki bütün qarşıdurmalara, xaos və özbaşınalığa son qoyuldu. Nizami ordunun formalaşması, siyasi müstəqilliyimizin möhkəmlənməsi, iqtsiadiyyatımızn güclənməsi istiqamətində qəti və ardıcıl addımlar atıldı. Ümummilli liderin əzmi və fədakarlığı sayəsində Azərbaycan xalqı onun müstəqilliyini, birliyini, gələcəyini təhdid edən təhlükələrdən xilas oldu. Məhz bu səbəbdən də Azərbaycan xalqı haqlı olaraq 15 iyun tarixini Milli Qurtuluş Günü adlandırır, Ulu öndəri hər zaman böyük sevgi və ehtiram hissi ilə anır”.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Heydər Əliyev faktoruna diqqət yetirməklə yanaşı, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib:

“Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və əbədi lideridir. Məhz onun siyasi səriştəsi, cəsarəti və əzmi sayəsində dövlətimiz bütün təbəddülatlardan uğurla çıxmağa nail oldu. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni işğalçılarını torpaqlaırmızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Bu böyük zəfər bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşamaqdadır və Azərbaycan xalqı bu ideyalara sadiqdir”.

“SOS” MMC-nin direktoru Anar Məmmədov da çıxışında Ümummilli liderin siyasi fəaliyətinə diqqət çəkib, bu fəaliyyətin Azərbaycanın yüksəlişi baxımından mühüm rol oynadığını vurğulayıb:

“Ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatında həlledici rol oynadığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyi baxımından mühüm uğurlara imza atdığı şübhəsizdir. Məhz Heydər Əliyev dühası sayəsində ölkəmiz XX əsrin sonlarında bir çox fəlakətlərdən xilas oldu, erməni işğalçıları ilə mübarizə fonunda öz müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev ideyasına sadiq qalan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir”.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, Təşkilatın əməkdaşı Rasim Mirzəyev, Nərimanov Rayon Təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Heydər Əliyevlə bağlı düşüncələrini dilə gətirib, Milli Qurtuluş Gününün tarixi önəminə qeyd ediblər.

Tədbirin sonunda bir qrup 44 günlük Vətən müharibəsi veteranına üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti