...

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Cəmiyyət Materials 16 İyun 2023 10:10 (UTC +04:00)
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti