Regionlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

Cəmiyyət Xəbər 13 İyul 2023 09:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi iyul ayının 14-ü tarixinə nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən xəbərə görə, Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 7-də ödənilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti