...

Böyük Qayıdış çərçivəsində doğma yurdlarına köçürülən ailələrin sayı açıqlandı

Cəmiyyət Materials 21 İyul 2023 13:11 (UTC +04:00)
Böyük Qayıdış çərçivəsində doğma yurdlarına köçürülən ailələrin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb.

Trend xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu gün bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclasında məlumat verilib.

Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrinə köçürülmənin təşkili, bununla bağlı aparılan monitorinq tədbirlərinin mövcud vəziyyəti, Böyük Qayıdışla bağlı aparılan təbliğat-təşvqat işinin əsas istiqamətləri, komitənin balansındakı yaşayış fondunun payız-qış mövsümünə hazırlığı və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti