...

Azyaşlının əli ətçəkən maşında qaldı

Cəmiyyət Materials 27 İyul 2023 16:53 (UTC +04:00)
Azyaşlının əli ətçəkən maşında qaldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən şəhərində 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxışıb qalıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti