...

Bu yolda 3 avtobusun hərəkət sxemi müvəqqəti dəyişib

Cəmiyyət Materials 31 İyul 2023 16:59 (UTC +04:00)
Bu yolda 3 avtobusun hərəkət sxemi müvəqqəti dəyişib

Bakı.Trend:

İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 №-li) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək. Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti